Bərdədə sexdə 10 ton kağız yandı
    • 16-07-2021, 10:43
    • 332

Bərdədə sexdə 10 ton kağız yandı

Bərdə rayonunun Mirzalıbəyli kəndində sexdə yanğın olub.

News24.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, kağız emalı sexinə aid ümumi sahəsi 430 m² olan birmərtəbəli tikilinin dam örtüyünün taxta atmaları qarsalanıb, içərisində olan 80 ton kağız mallarının 10 tonu yanıb. Tikilinin və kağız malların qalan hissəsi yanğından mühafizə olunub.