Yeni ailə quranlara peyvənd tövsiyə olunur? - TƏBİBDƏN CAVAB
    • 26-07-2021, 15:28
    • 500

Yeni ailə quranlara peyvənd tövsiyə olunur? - TƏBİBDƏN CAVAB

"Bu günə qədər ölkədə vurulan vaksinlərdən ciddi əks-təsir müşahidə olunmayıb".

News24.az xəbər verir ki, bunu  TƏBİB-in departament müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 26-da keçirilən brifinqində çıxışı zamanı deyib.
O yeni ailə quranların vaksinasiyasına da münasibət bildirib: “Ölkəmizdə 4,5 milyona yaxın doza vaksin vurulduğunu nəzərə alsaq, bu, yaxşı nəticədir. Ən çox verilən suallardan biri də yeni ailə quranların peyvənd olununması ilə bağlıdır. Ailə qurmazdan, uşaq planlamazdan öncə ümumi vaksinasiyalar tövsiyə olunur. Çünki hər hansı gənc xanımın virus infeksiyasına tutulması zamanı məxmərək, yaxud qızılça dölün inkişafında çətinliklər yarada biləcər. Ona görə də bunları düşünüb öncədən nəzərə almaq tibbi tərəfdən daha doğrudur”.