"Zəfər" düşərgəsinin bağlanış mərasimi baş tutdu - FOTO - VİDEO
    • 31-07-2021, 15:46
    • 480

"Zəfər" düşərgəsinin bağlanış mərasimi baş tutdu - FOTO - VİDEO

İyulun 30-da Təhsil Nazirliyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Quba STEAM Mərkəzində keçirilən “Zəfər” düşərgəsinin bağlanış mərasimi baş tutub.

News24.az xəbər verir ki, 25-31 iyul tarixlərini əhatə edən düşərgəyə 74 şəhid övladı qatılıb. Düşərgə iştirakçılarına çölçülük, dağçılıq təlimləri keçirilib, 

Həmçinin onlara robot texnikası öyrədilib, müxtəlif alqoritmlər tədris edilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan bağlanış mərasimi Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib. 

Daha sonra isə Şəhid övladlarına düşrgəyə qatıldıqları üçün sertifikatlar da təqdim edilib. 

Tədbirdə çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova uşaqlara müvəffəqiyyət arzu edib. 

Düşərgə iştirakçıları olan azyaşlları sevindirmək üçün Bakı Dövlət Sirkinin bədii heyəti əyləncəli proqramla çıxış edib. 

Teymur Məmmədov

Foto/Video: Fərid Şabanov