"Can Azərbaycanın Prezidentinə təşəkkür edirəm" - Ərdoğan
    • 3-08-2021, 17:35
    • 511

"Can Azərbaycanın Prezidentinə təşəkkür edirəm" - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

News24.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan "Twitter" hesabında "Can Azərbaycanın Prezidenti dəyərli dostum İlham Əliyevə təşəkkür edirəm" sözlərini yazıb.

Paylaşımda Azərbaycanın Türkiyədə meşə yanğınlarının başladığı andan yardımını əsirgəmədiyi vurğulanıb.