Kürdəmirdə şəhid bulağını dağıtdılar - VİDEO
    • 4-08-2021, 16:35
    • 446

Kürdəmirdə şəhid bulağını dağıtdılar - VİDEO

Sosial şəbəkələrdə şəhid bulağının dağıdılması ilə bağlı görüntülər yayılıb.

News24.az xəbər verir ki, hadisənin Kürdəmir rayonunda baş verdiyi bildirilib.

Dağıdılan bulaq Kürdəmirin ilk şəhidi Adəm Əliyevin xatirəsinə tikilib.

Görüntülərdən aydın olur ki, şəhidimizin ailə üzvləri hadisəni dərin hüznlə qarşılayıb.

Məsələ ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.


Qeyd edək ki, Adəm Əliyev ölümündən sonra Ali Baş Komandan tərəfindən üç medalla - “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.