Bu il 700 əlilə təkərli oturacaq verilib
    • 10-08-2021, 12:07
    • 251

Bu il 700 əlilə təkərli oturacaq verilib

Cari ilin mart ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə ilk dəfə olaraq əlilliyi olan şəxslərə mühərrikli təkərli oturacaqların verilməsinə başlanıb.

Nazirlikdən News24.az-a verilən məlumata görə, ötən dövrdə artıq 700-ə yaxın mühərrikli təkərli oturacaq bu kateqoriyadan olan şəxslərə, o cümlədən müharibə əlillərinə təqdim edilib.

Mühərrikli təkərli oturacaqlar Türkiyənin “Wollex” sirkəti tərəfindən istehsal olunub. Əlilliyi olan şəxslərə sərbəst hərəkət imkanı verən bu oturacaqlar mühərrik əsasında işləyir, jostiklə idarə edilirlər. Jostik üzərində istifadəçinin rahatlığı üçün sükan qolu, səsli xəbərdarlıq və beşpilləli sürət səviyyəsini tənzimləyən düymələr yerləşir. 12 dərəcəli eniş zamanı hərəkət edə bilən bu təkərli oturacaqlar enerji ilə tam təmin olunduqda 20 km məsafə qət edirlər.

Eyni zamanda, bu il Nazirlik tərəfindən əlilliyi olan şəxslərə 933 mexaniki təkərli oturacaq da verilib. Beləliklə, cari ilin ötən dövründə həmin kateqoriyadan olan ümumilikdə 1600-dən çox şəxs təkərli oturacaqla təmin olunub.