-
- 11-08-2021, 13:18
- 422
İndiyədək minaya düşərək ölən mülki şəxslərin sayı açıqlandı
Baş Prokurorluq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaya düşərək həlak olan və yaralanan mülki şəxslərin sayı barədə açıqlama yayıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, 10 noyabr 2020-ci il tarixindən bu il avqustun 11-dək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 23 mülki şəxs həlak olub, 36 nəfər mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.