"YAŞAT"ın nümayəndələri Türkiyədəki qazilərimizə baş çəkdi - Foto
    • 12-08-2021, 11:33
    • 256

"YAŞAT"ın nümayəndələri Türkiyədəki qazilərimizə baş çəkdi - Foto

"YAŞAT" Fondunun əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyədə ağır yaralıların müalicə şəraiti və proseduru ilə maraqlanıb, həkim heyəti ilə görüşlər keçirib.

Fonddan News24.az-a verilən məlumata görə, İstanbul, Bursa və Kocaeli şəhərlərində baş tutan görüşlər zamanı ağır yaralılarımızın müalicəsi istiqamətində ciddi irəliləyişlərin olduğu müşahidə olunub.

Xatırladaq ki, Türkiyəyə müalicə üçün göndərilən ağır yaralılarımızın müalicə və gündəlik xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanır. Eyni zamanda, Fond tərəfindən onlara müalicə müddətində aylıq xərclik verilir.

Fond tərəfindən bu günə qədər 123 ağır yaralı müalicə üçün Türkiyəyə göndərilib.