Ceyranbatan su anbarında yanğın başladı
    • 12-08-2021, 18:07
    • 284

Ceyranbatan su anbarında yanğın başladı

Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən su anbarında yanğın başlayıb.

News24.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Hazırda Ceyranbatan su anbarının ətrafındakı ağaclıq və kol-kos ərazi yanır. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb olunub.

Məlumatı FHN-dən "Report"a təsdiqləyiblər.