"Həkimlərin səylərinə baxmayaraq, gizirin həyatını xilas etmək mümkün olmayıb" - MN
    • 15-08-2021, 13:11
    • 471

"Həkimlərin səylərinə baxmayaraq, gizirin həyatını xilas etmək mümkün olmayıb" - MN

"Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə gizir Əhmədov Mirzə Balaqardaş oğlunun Vətən müharibəsi zamanı yaralanması və 8 ay komada qaldıqdan sonra şəhid olması barədə məlumat yayılıb. Bildiririk ki, gizir M.Əhmədov 2020-ci ilin avqust ayının 7-də xidmət zamanı aldığı xəsarət səbəbindən bir ildən artıq Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunub".

Bu barədə Müdafiə Nazirliyindən News24.az-a məlumat verilib.

Bildirilib ki, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və M.Əhmədov dünən vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.