Zaqatalada yük avtomobili çay yatağına aşdı
    • 18-08-2021, 15:58
    • 407

Zaqatalada yük avtomobili çay yatağına aşdı

Zaqatala rayonda yol qəzası baş verib.

News24.az xəbər verir ki, Balakən-Qax istiqamətdə hərəkətdə olan "Hyundai" markalı yük avtomobili qurumuş çay yatağına düşüb.

Hadisəyə nəqliyyat vasitəsinin yüksək sürətlə hərəkətdə olarkən şininin patlaması səbəb olub. Nəticədə sürücü idarəetməni itirib və avtomobili çay yatağına aşırıb. Hadisə zamanı ölən olmasa da, deformasiyaya uğramış yük maşınının kabinində sıxılmış vəziyyətdə qalan sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.