Bakıda mənzildə 76 yaşlı qadın meyiti tapıldı
    • 19-08-2021, 16:36
    • 376

Bakıda mənzildə 76 yaşlı qadın meyiti tapıldı

Bakıda mənzildən 76 yaşlı qadın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumaat görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1945-ci il təvəllüdlü Nikuşina Qalina Alekseyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.