Rayonlara gedənlərin vaksin pasportu yoxlanılacaq? - AÇIQLAMA
    • 23-08-2021, 16:27
    • 468

Rayonlara gedənlərin vaksin pasportu yoxlanılacaq? - AÇIQLAMA

Bakı Beynəlxalq Avtovağzalından şəhərlərarası və rayonlararası səfər edəcək sərnişinlərin vaksin pasportunun yoxlanılıb-yoxlanılmaması vətəndaşları düşündürən suallardan biridir.

Məsələni aydınlaşdırmaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova ilə əlaqə saxladıq.

Nuridə Allahyarova News24.az-a açıqlamasında belə bir məhdudiyyətin olmadığını bildirib: “Bu məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı var. Şəhərlərarası və rayonlararası səfər edəcək vətəndaşlarda COVID virusunun olub-olmamasını təyin edəcək hər hansı bir sənəd tələb olunmur. İstisna hal kimi Naxçıvan səfərlərini qeyd etməliyik. Naxçıvan səfəri İran üzərindən gerçəkləşdiyi üçün beynəlxalq reys hesab olunur. Ona görə də Naxçıvan səfəri zamanı Azərbaycan vətəndaşlarından 1 dəfə sərhəd-keçid məntəqəsində ödənişsiz olaraq PZR test götürülür. Ancaq yenə də vətəndaşın səfəri təmin edilir. Sadəcə olaraq bir neçə gün sonra testin cavabı çıxır. Vətəndaş xəstə olduğu təqdirdə karantinə alına bilər”.