Ermənistan parlamenti ÇALXALANIR, QANLI QƏTLİAMLAR OLACAQ – Paşinyan addım atmaqdan QORXUR - ŞƏRH
    • 25-08-2021, 14:02
    • 584

Ermənistan parlamenti ÇALXALANIR, QANLI QƏTLİAMLAR OLACAQ – Paşinyan addım atmaqdan QORXUR - ŞƏRH

“Ermənistan parlamentində baş verən hadisələr seçkilərdən sonra gözlənilən idi. Çünki köhnə parlamentdən fərqli olaraq indiki parlamentə “Qarabağ klanı”nın timsalında barışmaz müxalifət gəlib. Onlar Paşinyanı məğlub sayıb, təhqir edirlər”. 

Bunu News24.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, müharibədən əvvəlki keçmiş müxalifətə baxsaq, görərik ki, parlament müxalifəti ilə Paşinyanın partiyası arasında dialoq var idi: “Onlar görüşüb, fikir mübadiləsi aparırdılar. Keçmiş parlamentdə “Qarabağ klanı” fəaliyyət göstərmirdi. İndiki parlamentdə daha ağır toqquşmalar olacağını gözləyirəm. 1999-cu ili xatırlayıram, o zaman Ermənistan parlamentində qanlı qətliam törədilmişdi. Bir qrup silahlılar tərəfindən baş nazir, parlamentin sədri və s. qətlə yetirilmişdi. Belə hadisələrin baş verəcəyini istisna etmirəm. Paşinyan nə qədər həmrəylikdən, birlikdən danışsa da Qarabağ məğlubiyyəti onlara baha başa gəldi. Uzun müddət bu məğlubiyyətin təsirlərini hiss edəcəklər. Bütün bu hadisələrə baxmayaraq, siyasi gedişlərdə dəyişiklik etmədiklərini görürük. Düzdür, son zamanlar Ermənistan baş naziri blokadanın götürülməsi və sülh sazişi ilə bağlı əməkdaşlıq məsələlərindən danışır. Ancaq buna baxmayaraq, addım atmaqdan qorxur”.

Siyasət şöbəsi