Bakıda intihara cəhd
    • 26-08-2021, 18:37
    • 289

Bakıda intihara cəhd

Bakı şəhərinin Səbail rayonunda bir nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. 

News24.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

Bildirilib ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.