ETSN: "Qızılağac Milli Parkında yanğın başlayıb"
    • 27-08-2021, 15:32
    • 427

ETSN: "Qızılağac Milli Parkında yanğın başlayıb"

"Qızılağac Milli Parkının Balıqçılar qəsəbəsi ərazisində yanğın hadisəsi baş verib".

Bu barədə News24.az-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev məlumat verib.

"Hazırda bütün qüvvələrimiz və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları səfərbər olunaraq yanğının söndürülməsi üçün çalışırlar", - o, bildirib.