Ac saxlanıldığı deyilən alpaqa Şamaxıdakı fermaya yerləşdirildi - Video
    • 28-08-2021, 12:54
    • 491

Ac saxlanıldığı deyilən alpaqa Şamaxıdakı fermaya yerləşdirildi - Video

Bir neçə gün əvvəl sosial şəbəkələrdə qapalı məkanda saxlanılan, baxımsızlıqdan arıqlamış alpaqanın şəkilləri yayıldıqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən həmin heyvanın olduğu zoobulvar ərazisinə baxış keçirilib və onun saxlanma şəraitinin qənaətbəxş olmadığı aşkar edilib. 

Alpaqanın açıq hava şəraitində yaşamalı olduğu sahibkara bildirildikdən sonra onun şəxsi təşəbbüsü ilə heyvan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Heydər Əliyev Fonduna təqdim olunub.

Xüsusi avtomobillə Şamaxıda yerləşən Alpaqa fermasına gətirilən erkək fərd xüsusi bölməyə yerləşdirilib.

Bir müddət xüsusi bölmədə bəslənilən alpaqa daha sonra digər alpaqaların yanına buraxılacaq.