Alpakanın saxlanma şəraitinin yaxşılaşdırılması üçün məcburi göstəriş verildi
    • 25-08-2021, 13:54
    • 260

Alpakanın saxlanma şəraitinin yaxşılaşdırılması üçün məcburi göstəriş verildi

“Zoobulvar” əyləncə mərkəzində alpakanın əlverişsiz şəraitdə saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.


News24.az-ın məlumatına görə, Xidmətin rəsmisi Vaqif Cavadov bildirib ki, sözügedən mərkəzə keçirilən baxış zamanı heyvanın saxlanma şəraitinin həqiqətən də əlverişli olmadığı məlum olub: “Alpakanın saxlanma şəraitinin yaxşılaşdırılması və təbii biotopa uyğun saxlanılmasının təmin olunması üçün mərkəzin rəhbəri Fuad Əliyevə məcburi göstəriş verilib”.


V.Cavadov məsələnin Nazirliyin nəzarətində saxlanılacağını qeyd edib.