"Taliban" sabahdan Kabil hava limanına tam nəzarət edəcək
    • 30-08-2021, 15:08
    • 324

"Taliban" sabahdan Kabil hava limanına tam nəzarət edəcək

"Taliban" ABŞ qoşunlarının geri çəkilməsindən sonra 31 avqust tarixində Kabil hava limanına nəzarəti tam ələ alacaq.

News24.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı "Taliban"dakı mənbəyə istinadən xəbər yayıb. 

Mənbənin bildirdiyinə görə, hazırda hava limanını idarə etmək, həmçinin texniki yardımla bağlı Türkiyə və Qətərlə məsləhətləşmələr aparılır. Lakin hələlik razılıq əldə edilməyib.