Küçəyə atılan körpə ilə bağlı rəsmi məlumat - Fotolar
    • 31-08-2021, 13:42
    • 386

Küçəyə atılan körpə ilə bağlı rəsmi məlumat - Fotolar

Gəncə şəhərində bu gün səhər saatlarında küçəyə atılmış körpənin vəziyyəti normaldır. 

Bu barədə “Qafqazinfo”ya Gəncə Şəhər 2 saylı Uşaq Xəstəxanasının baş həkimi Hafiz Abdullayev məlumat verib. O bildirib ki, uşaq xəstəxanada müayinə olunub və vəziyyəti yaxşıdır, hər hansı problemi yoxdur. Baş həkim həmçinin bildirib ki, müayinə əsasında çəkisinə görə körpənin 5 aylıq olduğu ehtimal olunur.


DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov isə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, körpənin valideynlərinin tapılması istiqamətində Gəncə ŞBPİ-də müvafiq araşdırmalar başlanıb.