DİN Bərdədə koronavirus əleyhinə nəzarət tədbirləri keçirdi - Foto
    • 31-08-2021, 14:19
    • 320

DİN Bərdədə koronavirus əleyhinə nəzarət tədbirləri keçirdi - Foto

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları bu məqsədlə qapalı məkanlarda və ictimai nəqliyyatda yoxlama tədbirləri həyata keçirib. Tədbir zamanı qayda pzountusuna yol vermiş şəxslərlə maarifləndirici səpkidə söhbətlər aparılıb, bir neçə nəfərə isə inzibati qaydada protokollar tərtib edilib.

Qeyd edək ki, bu cür tədbirlərin əsas məqsədi əhalinin sağlamlığı, sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır.