Döyüş təyyarələrimiz təlim üçün Türkiyəyə yola düşdü - Foto
    • 1-09-2021, 17:05
    • 377

Döyüş təyyarələrimiz təlim üçün Türkiyəyə yola düşdü - Foto

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri keçiriləcək.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, təlimlərdə iştirak edəcək Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 döyüş təyyarəsi sentyabrın 1-də Türkiyəyə yola düşüb.

Birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.