Azərbaycan hərbçiləri “Tank biatlonu” müsabiqəsində finala çıxdı
    • 2-09-2021, 13:23
    • 305

Azərbaycan hərbçiləri “Tank biatlonu” müsabiqəsində finala çıxdı

“Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində Rusiyanın Moskva şəhərində keçirilən “Tank biatlonu” müsabiqəsində mübarizə aparan Azərbaycan tankçıları finala vəsiqə qazanıb.

Azərbaycan tankçıları sentyabrın 4-də Moskva vilayətinin Alabino poliqonunda keçiriləcək müsabiqənin final mərhələsində Rusiya, Çin və Qazaxıstan tankçıları ilə mübarizə aparacaq. /APA/