Bakıda kürəkən qayınanasının evindən 20 min manatlıq zinət əşyaları oğurladı
    • 2-09-2021, 18:07
    • 281

Bakıda kürəkən qayınanasının evindən 20 min manatlıq zinət əşyaları oğurladı

Bakıda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 18-də Binə qəsəbəsindəki evlərin birindən 500 manat pul və 20.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibəsinin kürəkəni T.Kərimov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi əməli etiraf edib.