-
- 2-09-2021, 18:38
- 422
Qətl edilən "göyərçin" - Video
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə 3 ay öncə sığınacağa yerləşdirilən bacı və qardaşın arzusunu reallaşdırıb.
News24.az xəbər verir ki, K.Ağazadə "Facebook" hesabında məlumat verib.
O bildirib ki, Aynur qardaşı Fəzail ilə analarının 2 il öncə ataları tərəfindən qətlə yetirilməsinin şahidi olublar: "Qohumlarının qəyyumluğunda olan bu mələklər orda da bir gün görməyiblər. Aynur hər dəfə məscidi görəndə "Orda göyərçinlər çoxdur... Kəmalə xala, anam mənim göyərçinim idi... Həmişə sakit, səsini belə eşitməzdik. O qədər gözəl idi ki, ağ göyərçinə bənzəyirdi, ANAMIZ. Məncə anam elə göyərçin olub, göylərə gedib. Ordan bizə baxır" deyirdi. Aynurun göyərçin "ANA" xəyalını gerçəkləşdirdik".