Talibandan qandonduran görüntü - Hərbi paradda intihar jileti  - FOTOLAR
    • 3-09-2021, 12:20
    • 354

Talibandan qandonduran görüntü - Hərbi paradda intihar jileti - FOTOLAR

ABŞ-ın Əfqanıstandan çıxması ilə qalibiyyətini elan edən "Taliban"ın təntənəli bayram tədbirləri davam edir.

News24.az xəbər verir ki, paytaxt Kabul da daxil olmaqla ölkənin əksər hissəsini ələ alan "Taliban" dünyanı ayağa qaldıran addım atıb.

"Daily Mail" qəzeti hərbi parad təşkil edən hərəkatın həmin anları dövlət televiziyasında da yayımladığını yazıb. 

ABŞ və Əfqanıstan ordusundan qalan silahların da yer aldığı paradda intihar jiletləri və bombalar da nümayiş etdirilib.

40 dəqiqəlik hərbi keçiddə barel bombası mücahidlərin hərbi silahı olaraq təqdim edilib.

Qəndəharda çəkilmiş görüntülərdə "Taliban" liderlərinin milislərin keçidini izlədikləriqeyd olunub.