Xəzərdə itkin düşmüş katerdə 7 nəfər var imiş
    • 6-09-2021, 12:02
    • 334

Xəzərdə itkin düşmüş katerdə 7 nəfər var imiş

Xəzər dənizində ötən gün itkin düşmüş kater tapılıb. 

News24.az Rusiya mətbuatına xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti üzrə Baş İdarəsinin Mətbuat Xidməti məlumat verib.

Məlumata əsasən, göyərtəsində 7 nəfər olan kater Suiti adalarının yaxınlığında aşkar olunub. 

Bildirilir ki, insanlar əziyyət çəkməyib və tibbi yardıma ehtiyac olmayıb. 


Ülviyyə Musayeva