Sabahkı birifinqin saatı açıqlandı - Yeniləndi
    • 6-09-2021, 15:31
    • 356

Sabahkı birifinqin saatı açıqlandı - Yeniləndi

Yeni tədris ilinin təşkili ilə bağlı bütün suallara sabah saat 14.00-da təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçiriləcək brifinqdə aydınlıq gətiriləcək.

News24.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov məlumat verib.

O bildirib ki, brifinq AzTV və Təhsil TV-də canlı yayımlanacaq.

*** 14:07

Azərbaycanda pandemiya şəraitində yeni tədris ilində təhsilin təşkili ilə bağlı qaydalar hazırlanıb.

News24.az xəbər verir ki, tədrisin təşkili qaydası sentyabrın 7-də ictimaiyyətə təqdim olunacaq.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, sabah - sentyabrın 7-də nazir Emin Əmrullayev təhsil müəssisələrində yeni tədris ilinin təşkili ilə bağlı sualları cavablandıracaq.