Tələbə adı qazandı, babasını ölümdən xilas etdi  - Video
    • 6-09-2021, 16:05
    • 562

Tələbə adı qazandı, babasını ölümdən xilas etdi - Video

Son iki gündür hər kəs universitetə qəbul olma həyəcanını paylaşır. 

News24.az xəbər verir ki, sosial şəbəkələrdə nəvəsinin ali məktəbə daxil olmasına sevinən babanın sevinci hər kəin marağına səbəb olub. 

Belə ki, səhhətində problemlər olması səbəbindən xəstəxanada müalicə olunan Fərman baba, nəvəsinin institut xəbərini eşidən kimi yataqdan ayağa qalxıb və palatanın pəncərəsindən gül ləcəkləri səpməyə başlayıb.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bu hadisəylə bağlı fikirlərini bölüşüb: "Neçə gündür hamı universitet sevincini paylaşır. Ailə üçün əvəzolunmaz bir sevincdir, qürurdur. Hər kəsin gözü aydın olsun. Vətən üçün təhsil alaraq layiqli, peşəkar mütəxəssislər formalaşsın! Bu video məni çox duyğulandırdı. Fərman bəy gözəl bir nəvənin BABASIDIR. Neçə gündür ki, xəstəxanada ölüm-dirim mübarizəsi aparır. Onu həyata qaytaran bəlkə də nəvəsinin bu qələbəsi olub. Babanın gül ləçəkləri səpməsi, gül buketini hədiyyə etməsi... Və onları əldə etmək üçün çaba göstərməsi... İlahi, bu nə boyda sevgidir... MÜRƏKKƏB AİLƏ modelimiz möhtəşəmdir! Kaş hamı bunu bilə... Kaş hamıya belə sevgi nəsib ola..."