Kişi parkda arvadını qətlə yetirdi
    • 6-09-2021, 16:17
    • 236

Kişi parkda arvadını qətlə yetirdi

Bərdə rayonunda kişi parkda arvadını öldürüb.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun mərkəzində yerləşən parklardan birində baş verib.

Rayonun Muğanlı kənd sakini Tural Mustafayev həyat yoldaşı, 24 yaşlı Təranə Mustafayevanı ürəyindən və boynundan bıçaq zərbəsi vuraraq qətlə yetirib.


Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.