Portuqaliya millisinin müdafiəçisi: "Azərbaycan TƏHLÜKƏLİ KOMANDADIR
    • 6-09-2021, 18:05
    • 472

Portuqaliya millisinin müdafiəçisi: "Azərbaycan TƏHLÜKƏLİ KOMANDADIR"

“Azərbaycanın İrlandiyaya qarşı oyununu izlədik".

News24.az-ın məlumatına görə, bunu Portuqaliya yığmasının futbolçusu Ruben Diaş DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla keçiriləcək oyun öncəsi mətbuat konfransında deyib.

Müdafiəçi sabah Bakı Olimpiya Stadionunda baş tutacaq matçda hədəflərinin qalibiyyət olacağını bildirib: “Azərbaycan son oyunda yaxşı çıxış etdi. Buna rəğmən bizim üçün əsas məsələ oyuna köklənmək olacaq. Məqsədimiz yalnız qələbədir".

Diaş komanda yoldaşlarını diqqətli olmağa çağırıb: “Azərbaycan təhlükəli komandadır. Belə rəqib bizim daim sayıq olmağa vadar edir. Onlara qarşı matça final gözü ilə baxmalıyıq”.

Foto/Müxbir: Teymur Məmmədov