Bakının Binə qəsəbəsi daxilində marşrut xəttinin fəaliyyəti BƏRPA EDİLİR
    • 9-09-2021, 18:13
    • 578

Bakının Binə qəsəbəsi daxilində marşrut xəttinin fəaliyyəti BƏRPA EDİLİR

Bakının Xəzər rayonunun Binə qəsəbəsində vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədilə 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xəttinin fəaliyyəti bərpa edilir.

Bu barədə News24.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, qəsəbəsin mərkəzi ilə Sovxoz yaşayış sahəsini əlaqələndirən marşrut xətti üzrə avtobuslar sabahdan sərnişinlərin xidmətində olacaq.

Marşrut xətti üzrə gediş haqqı 30 qəpik olacaq, ödəniş nağdsız formada “BakıKart” vasitəsilə aparılacaq.