Bakı-İstanbul reysi 2 saat GECİKDİ – AZAL sərnişinlərdən birinin UÇMAQ İSTƏMƏDİYİNİ dedi
    • 12-09-2021, 10:23
    • 581

Bakı-İstanbul reysi 2 saat GECİKDİ – AZAL sərnişinlərdən birinin UÇMAQ İSTƏMƏDİYİNİ dedi

Bu gün 7:45-də Bakı-İstanbul istiqamətində hava səfəri etməli olan reys 2 saat gecikib.

Bu barədə News24.az-a təyyarədəki sərnişinlərdən biri məlumat verib.

Bildirilib ki, 7:45-də uçmalı olan sərnişinlər başqa təyyarəyə transfer olduqdan sonra uçuş 9:30-da reallaşıb. Buna səbəb kimi isə təyyarədə koronavirus xəstəsinin olduğu iddia olunub.

Rəsmi qurumun mövqeyini öyrənmək üçün AZAL-ın mətbuat katibi Paşa Kəsəmənli ilə əlaqə saxladıq. 

O, reysin gecikmə səbəbini belə izah edib: “Sərnişinin biri uçmaqdan imtina etdi. Buna görə də səfər gecikdi”.