Qəzaya düşən sürücü maşından belə çıxarıldı - Real Video
    • 17-09-2021, 12:22
    • 561

Qəzaya düşən sürücü maşından belə çıxarıldı - Real Video

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 61 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 6 nəfər xilas edilib, 2 nəfərin isə meyiti aidiyyəti üzrə təhvil verilib.