“Yenilməzsən Azərbaycan!” layihəsinin yeni versiyası hazırlandı - VİDEO
    • 7-10-2021, 11:18
    • 864

“Yenilməzsən Azərbaycan!” layihəsinin yeni versiyası hazırlandı - VİDEO

“Yenilməzsən Azərbaycan!” layihəsinin yeni versiyası Vətən Müharibəsinin 1-ci ildönümünə həsr olunub. 

News24.az
xəbər verir ki, sözləri və musiqisi Bakı Musiqi Akademiyasının dosenti, şənətsünaslıq üzrə fəlsəfə doktoru, şəhid- pilot, polkovnik- leytenant Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynovaya aiddir. 

Mahnı özündə milli muğam elementləri ilə bahəm, tarixi keçmişimizin qəhrəmanlıq səhifələrini də canlandıraraq xüsusi ritm-itnonasiyaları ilə seçilir. Burada qələbəmizə doğru yaşadığımız qanlı-qadalı, itkili-acılı məqamlar da öz əksini tapır. Həmçinin, Ali Baş Komandanımız İlham Əliyevin torpaqlarımızın yağı düşmən tapdağından azad olunması yolunda fədakarlıq ideyası və zəfər yolunun bütün məqamları musiqi və şeirin bədii qüvvəsi vasitəsilə dinləyicilərə çatdırılmış olur. Qəhrəman şəhidlərimizin bu möhtəşəm qələbimizdəki cəsurluq, mübarizlik, rəşadət nümunəsi olduqları mahnının kulminasiya nəqarətlərində musiqinin təsir qüvvəsini daha da artırmış olur. 

Nəzərinizə çatdırmaq istərdik ki, layihənin 2020-ci ildə təqdim olunan ilk versiyası “ Mənəvi Dəyərlərin Təbliğu Fondu”nun maliyyə dəstəyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə hazırlanmışdır. 

Bu yeni versiyanın Xalq artisti Samir Cəfərov tərəfindən də təqdimatı nəzərdə tutulur.