Jurnalistlər üçün təhlükəli bölgələrdə fəaliyyətlə bağlı təlim keçirildi- FOTOLAR
    • 8-10-2021, 17:02
    • 310

Jurnalistlər üçün təhlükəli bölgələrdə fəaliyyətlə bağlı təlim keçirildi- FOTOLAR

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) təşəbbüsü ilə “Lazarus Training” təşkilatı tərəfindən jurnalistlər üçün təhlükəli bölgələrdə fəaliyyət, mina partlayışlarından xilas olma və ilkin tibbi yardım mövzularında keçirilən təlimlər bu gün sona çatıb.

News24.az xəbər verir ki, təlimlərə müxtəlif media subyektlərinin 40-dək nümayəndəsi qatılıb.

Qrupların hər birində 20 nəfər iştirak edib. 

İngilis dilində təşkil olunan təlimdə jurnalistlər üçün Azərbaycan dilində sinxron tərcümə imkanı yaradılıb.

Oktyabrın 4-də başlayan təlimlər oktyabrın 8-də yekunlaşıb. Təlimdə iştirak edən jurnalistlər beynəlxalq sertifikata layiq görülüb.

Sertifikat alan jurnalistlər arasında News24.az saytının əməkdaşı da yer alıb.

Qeyd edək ki, İngiltərədə yerləşən “Lazarus Training” təşkilatı müxtəlif qurumlar və şirkətlər üçün ilkin tibbi yardım və tibbi təhsil üzrə təlimlərin keçirilməsi sahəsində ixtisaslaşıb.