DSMF-nun xərcləri artıb
    • 13-10-2021, 09:55
    • 366

DSMF-nun xərcləri artıb

2021-ci ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 139,8 milyon manat və ya 4,0 faiz artıb.

Fonddan News24.az-a verilən məlumata görə, xərclərin 97,4 faizini əhaliyə ödənişlər təşkil edib.