Diqqətsizlik ölümlə nəticələndi: Yük avtomobilinin sürücüsü geriyə hərəkətdə olarkən piyadanı vurdu
    • 18-10-2021, 13:27
    • 264

Diqqətsizlik ölümlə nəticələndi: Yük avtomobilinin sürücüsü geriyə hərəkətdə olarkən piyadanı vurdu

Qəbələ rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

News24.az Oxu.az-a istinadən yaydlığı xəbərə görə, rayonun Hacıalılı kəndi ərazisində Ağdam rayon sakini Bəxtiyar Əliyev idarə etdiyi yük avtomobili ilə geriyə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Qəbələ rayonu Çarxana kənd sakini, 1969-cu il təvəllüdlü İslamov Əfqan Hacı oğlunu vurub.

Xəstəxanaya çatdırılan piyada aldığı ağır bədən xəsarətlərindən orada ölüb.

Faktla bağlı araşdırma aparılır.