-
- 21-11-2018, 13:40
- 1 124
Bakıda 21 yaşlı qızdan dəhşətli əməl: türk sevgilisinə görə özünü 14-cü mərtəbədən atdı
Noyabrın 16-da Bakıda özünə qəsd edən qızın intihara əl atmasının səbəbləri məlum olub.
Bu barədə "Sputnik Azərbaycan"a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.
Bildirlir ki, saat 09:10 radələrində 1997-ci il təvəllüdlü Tovuz rayon sakini Musayeva Şahsənəm Rafiq qızı Nazim Hacıyev küçəsində yerləşən 16 mərtəbəli binanın 14-cü mərtəbəsindən özünü aşağı atıb.
Kriminalistlər qızın cibindən məktub tapıblar. Musayeva Türkiyə vətəndaşını (məktubda adı da qeyd olunub) sevdiyini etiraf edib. Ona uzun ömür və xoşbəxtlik arzulayıb.
İstintaq orqanları ehtimal edir ki, intihara səbəb cavabsız sevgi olub və qız bundan depressiyaya düşüb.
Hadisənin şahidləri hündürdən düşən qızın cəsədinin hissələrə parçalandığını bildiriblər.
O da məlum olub ki, qızın tanışları bu barədə sözügedən Türkiyə vətəndaşına xəbər veriblər. O isə dərin təəssüf hissi keçirdiyini, belə bir hadisənin baş verəcəyini ağlına belə gətirmədiyini deyib.
Faktla bağlı araşdırma davam edir.
//Azxeber.com