Azərbaycanda koronavirusa yoluxan birinci sinif şagirdi vəfat etdi - VİDEO
    • 19-10-2021, 11:31
    • 374

Azərbaycanda koronavirusa yoluxan birinci sinif şagirdi vəfat etdi - VİDEO

Koronavirus daha bir can alıb. Bu dəfə virusun qurbanı azyaşlı məktəbli olub.

News24.az İTV-yə istinadən xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyev dünyasını dəyişib.

R.Quliyevin ölüm səbəbi bəzi mənbələrdə koronavirus olduğu bildirilsə də, şagirdin təhsil aldığı məktəbin rəhbərliyi buna rəsmi münasibət bildirməyib.

Qeyd edək ki, Azərbaycanda bir neçə məktəb və universitetlərdə koronavirusa yoluxma halları qeydə alınıb. Bu səbəbdən də təhsil müəssislərindən bəzilərində tədris distant formaya keçib, digərlərində isə siniflər bağlanılıb.