Anar Kərimov şəhid ailələri ilə görüşdü
    • 21-10-2021, 18:44
    • 629

Anar Kərimov şəhid ailələri ilə görüşdü

Oktyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində nazir Anar Kərimovun şəhid mədəniyyət işçilərinin ailə üzvləri ilə görüşü baş tutub.

Mədəniyyət Naizrliyindən News24.az-a verilən məlumata görə, tədbirdə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış mədəniyyət işçilərinin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.

Anar Kərimov şəhid ailələri və qazilərin daim diqqət mərkəzində olduqlarını, nazirlik tərəfindən bu səpkidə mühüm layihələrin həyata keçirildiyini bildirib.

Nazir şəhid valideynlərinə müraciət edərək:”Bu görüş bizim üçün həm də ona görə dəyərlidir ki, siz bizə şəhidlərimizin əmanətisiniz. Ən ali, müqəddəs duyğuları onlara məhz siz aşılamısınız, qəlblərinə mərdlik, sevgi toxumları səpmisiniz”, - deyib.

Tədbir şəhidlərin doğmalarına Fəxri Diplomların təqdim olunması və Anar Kərimovun ailələrlə masa ərafında səmimi söhbəti ilə davam edib.