Zaqatala sakinindən odlu silah götürüldü - FOTO
    • 30-10-2021, 11:30
    • 325

Zaqatala sakinindən odlu silah götürüldü - FOTO

Zaqatala rayon sakinindən odlu silah götürülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat zamanı rayonun Muğanlı kənd sakini Akşin Quraməhəmmədovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.