2 gün əvvəl oğlunun medallarını alan şəhid atası vəfat etdi - FOTOLAR
    • 5-11-2021, 14:30
    • 409

2 gün əvvəl oğlunun medallarını alan şəhid atası vəfat etdi - FOTOLAR

Şərur rayonunun Oğlanqala kəndindən olan şəhid Kamal Əbilovun atası Vidadi Əbilov vəfat edib.

News24.az-ın məlumatına görə, Vidadi Əbilov qəfil vəfat edib. Onun ürək tutmasından vəfat etdiyi bildirilir.

Qeyd edək ki, 2 gün əvvəl Şərur Rayon İcra Hakimiyyətində Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərə medalların təqdimolunması ilə bağlı tədbir keçirilib. Həmin tədbirdə Kamal Əbilovun medalları atası Vidadi Əbilova təqdim edilib.