Daşkəsəndə AĞIR QƏZA - Sürücü ÖLDÜ
    • 9-11-2021, 09:14
    • 529

Daşkəsəndə AĞIR QƏZA - Sürücü ÖLDÜ

Daşkəsəndə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az FHN-ə istinadtən xəbər verirki, Daşkəsən rayonunun Çovdar kəndində “Mack” markalı yük avtomobilinin yol kənarına aşması və içərisində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə qalan sürücü 1970-ci il təvəllüdlü Mürsəlov Manaf Əbülhəsən oğlunun meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.