Göyçayda tanışını öldürmək istəyən şəxs tutuldu
    • 17-11-2021, 10:10
    • 339

Göyçayda tanışını öldürmək istəyən şəxs tutuldu

Göyçay rayonunda tanışını öldürmək istəyən şəxs saxlanılıb.

Bu barədə News24.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, noyabrın 16-sı saat 20 radələrində 1989-cu il təvəllüdlü Vüsal Məmmədovun Göyçay rayonu ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin tanışı, 1992-ci il təvəllüdlü Fərid Mirzəyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Vüsal Məmmədova çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmıb.

Fərid Mirzəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.