Fətullah Güləni zəhərləyib öldürüblər?
    • 19-11-2021, 10:53
    • 491

Fətullah Güləni zəhərləyib öldürüblər?

FETÖ terror təşkilatının lideri Fətullah Gülənin Pensilvaniya ştatındakı malikanəsində zəhərləndiyi daha sonra öldüyü iddia edilir.

News24.az "Haberler"ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatda Güləni zəhərləyən şəxsin də öldüyü bildirilib. 

Anadolu Agentliyinin Vaşinqton Bürosunun rəhbəri Hakan Çopur sosial şəbəkə hesabında hadisələrlə bağlı mılumat verərək bildirib ki, bölgədəki polis mənbələrində və yerli mətbuatda bu barədə xəbər yoxdur: "Bu hələ o demək deyil ki, villada heç bir insident olmayıb. Hadisə barədə hələ də polisə bildirilməmiş ola bilər".