Sərhəd döyüşlərində Ermənistanın 21 hərbçisi ölüb, 100-ə yaxın yaralısı var
    • 20-11-2021, 14:26
    • 449

Sərhəd döyüşlərində Ermənistanın 21 hərbçisi ölüb, 100-ə yaxın yaralısı var

Nobayrın 16-da Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribat zamanı verdiyi itkilər məlum olub.

News24.az xəbər verir ki, bu barədə "Caliber" Azərbaycan və Rusiya hərbi dairələrindəki etibarlı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Zəngəzurdakı sərhəd döyüşləri zamanı Ermənistanın 21 hərbçisi ölüb, 30-u saxlanılıb, 100-ü isə yaralanıb. 

Qeyd edilib ki, Yeravan isə real vəziyyəti gizlətməyə çalışır.