Bakıda avtomobillə piyadanı vuraraq qaçan sürücü SAXLANILDI
    • 22-11-2021, 12:49
    • 419

Bakıda avtomobillə piyadanı vuraraq qaçan sürücü SAXLANILDI

Bakıda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 20-si saat 20 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən qəsəbə sakini F.Həsənov vurulub.

Xəstəxanaya yerləşdirilən piyadanın vəziyyəti orta-ağırdır.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini M.Nəbiyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.