Əməliyyat ödənişləri ilə bağlı SENSASİON YENİLİK: 500 manatdan yuxarı...
    • 24-11-2021, 13:34
    • 768

Əməliyyat ödənişləri ilə bağlı SENSASİON YENİLİK: 500 manatdan yuxarı...

“Yanvar ayının 1-dən etibarən özəl tibb müəssisələrində edilən 500 AZN-dən yuxarı bütün cərrahi əməliyyatların ödənişi kart vasitəsilə reallaşacaq. Bu addımın atılmasına əsas səbəb isə vergidən yayınma hallarının qarşısını almaqdır”. 

Bu barədə News24.az-a etibarlı mənbədən məlumat daxil olub.  

Mənbədən bildirilib ki, bu ödəniş versiyası tətbiq olunduqdan sonra cərrahi əməliyyatların qiyməti qalxacaq: “Belə olacağı təqdirdə hər xəstənin kartındakı balansda lazımi məbləğ olmalıdır”.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.