-
- 27-11-2021, 12:36
- 1 039
Bakıda qadın evinə basqın edən quldura yemək təklif etdi, zibilləri daşıtdırdı – İNANILMAZ FAKTLAR
Noyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxt sakini, 1987-ci il təvəllüdlü Namiq Bayramov barəsində Cinayət Məcəlləsinin 181.2.3-cü (Quldurluq- yaşayış sahəsinə qanunsuz olaraq girməklə törədildikdə) maddəsi ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, hadisə bu ilin aprel ayının 7-də baş verib. Belə ki, bir müddət əvvəl həyat yoldaşından boşanan 34 yaşlı Namiq 2 azyaşlı övladını görmək üçün qayınanasının Yasamal rayonu Mirəli Seyidov küçəsində yerləşən evinə gedib.
Oradan uşaqlarını götürüb parka gəzməyə aparan şəxs onları geri qaytararkən yaxınlıqda yerləşən ikimərtəbəli binaya daxil olmaq qərarına gəlib.
Belə ki, maddi cəhətdən vəziyyətinin yaxşı olmadığını deyən Namiq Bayramov 2-ci mərtəbədəki mənzilin işığının yanmaması səbəbindən oraya daxil olub qiymətli əşyalar və pul ələ keçirməyin mümkünlüyünü düşündüyünü bildirib. Uşaqları keçmiş həyat yoldaşına təhvil verdikdən sonra Hüseyn Cavid prospekti istiqamətinə doğru hərəkət edən şəxs cinayətkar niyyətini həyata keçirməyə başlayıb. Lakin evə daxil olduqdan sonra o, mənzildə yaşlı qadının olduğunu görüb və işin böyüyəcəyini düşünüb.
Məhkəmədə ifadə verən quldurluq əməlinə məruz qalmış 60 yaşlı Anastasiya İvanovna (şərti adlı) hadisəni belə nəql edib:
“Mənim yaşadığım mənzil 2-ci mərtəbədə yerləşir. Bəzi günlər nəvəm gündüzlər yanımda olur, çox vaxt isə tək yaşayıram. 8 aprel, 2021-ci il tarixdə saat 03 radələrində yataqda uzanmışdım, amma yuxuya getməmişdim. Çünki evdə olan pişiyimi gecə saat 02- 03 radələri arasında bayıra buraxıram. Həmin gün saat 03 radələrində yataq otağında gördüm ki, 35-40 yaşlarında arıq bədən quruluşlu bir nəfər kişi evin dəmir barmaqlığının pəncərəsindən eyvana tullandı. Mən oraya yaxınlaşanadək həmin şəxs eyvanda əyilərək qonaq otağının qapısını açıb içəri daxil oldu.
Adının sonradan Namiq olduğunu bildiyim həmin şəxs əlində qara rəngdə bıçaq tutmuşdu. Azərbaycan dilində çox az danışa bildiyim üçün Namiqə qışqıraraq rus dilində nə istədiyini soruşdum. Namiq mənə Azərbaycan dilində cavab verməyə başladıqda onu başa düşmədim. Namiqin əlində bıçaq gördüyüm və qorxduğum üçün qonşulardan kömək məqsədi ilə qışqıraraq qonaq otağından mənzilinin giriş qapısına tərəf qaçaraq qapını açdım və bir qədər dəhlizə çıxdıqda Namiq bıçaq tutduğu əlini arxadan mənim boğazıma dolayıb sıxmağa başladı və məni mənzilə saldı. Bayıra çıxmaq üçün cəhd göstərdiyim zaman Namiq məni mənzilin içərisinə çəkməyə başladı. Mən Namiqi itələdikdə yumruqla sifətimə vurmağa başladı. Müqavimət göstərərək qışqıran zaman yapışaraq ”sakit ol” ifadəsini işlətdi və əlindəki bıçaqla sol əlimi kəsdi. Namiqin əlimi qəsdən və ya ehtiyatsızlıqdan bıçaqla kəsməsini bilmədim. 2-3 dəqiqə müddətində bayıra çıxmağa cəhd göstərsəm də Namiq buna imkan vermədi. Sonradan Namiq məni qonaq otağına saldı və dizi üstə məni 30 dəqiqə müddətində yerdə otuzdurdu, özü isə stulu yanıma çəkərək mənim yanımda oturaraq “sakit ol, səsini çıxarma” ifadəsini işlətdi. Sonra Namiq keçərək divanda otursa da mən dizim üstə qaldı. Qorxduğum üçün çox təşviş içində idim və həmin şəxsin hən an məni öldürəcəyini fikirləşirdim. Sonra Namiq əli ilə yataq otağını göstərib mənə həmin otağa girməyimi istədi. Bundan imtina etdikdə Namiq “məni istəyirsən” deyə ifadə işlətdi. Namiqin dediklərindən belə başa düşdüm ki, mənə cinsi əlaqədə olmağı təklif edir, əgər onunla cinsi əlaqədə olarsam çıxıb gedəcək. Azərbaycan dilini yaxşı bilmədiyim üçün bəlkə də Namiqin dediklərini belə anlamışam.
Mən Namiqə ata, ana, arvadı və uşaqlarının olub-olmamasını soruşduqda öyrəndim ki, Namiqin atası və anası yoxdur, özü evlidir, 2 uşağı və arvadı var. Namiqdən neçə yaşının olduğunu soruşduqda 36 yaşının olmasını dedi. Namiqə “mənim 60 yaşım var, sənin isə 36, mən səninlə cinsi əlaqədə ola bilmərəm” ifadəsini işlətsəm də, Namiq təkidlə yataq otağına keçməyimi istəyirdi. Amma yataq otağına keçmədim və qonaq otağında qaldım. Hətta ona “Allah səni sevir” deyərək Namiqi sakitləşdirməyə başladm, eləcə də hər dəfə həmin şəxsə “niyə çıxıb getmirsən” ifadəsini işlətdim. Çıxıb getdikdən sonra onun barədə polisə məlumat verməyəcəyimi Namiqə dedim. Bundan sonra Namiq mənimlə işinin olmadığını, evinə qonaq kimi gəldiyini dedi. Mən həmin vaxt divanın küncündə oturmuşdum, çox qorxu və həyəcan keçirərək başım otağın divarına söykəyərək əlimi üzümə tutmuşdum. Bir müddət sonra Namiq yanıma gələrək divanda bir qədər aralıda oturdu və mənə siqaret çəkmək istədiyini, amma alışqanını tapa bilmədiyini dedi. Qorxumdan Namiqə kibrit verdim, Namiq siqaret çəkməyə başladı, sonradan itirdiyi alışqanını mənzildən tapdı və məndən dəfələrlə “polisə şikayət edəcəksinizmi?” deyə soruşdu. Namiqə mənzildən çıxıb gedərsə polisə müraciət etməyəcəyimni bildirdim, amma Namiq sözlərimə inanmırd. Sonradan fikirləşdim ki, bəlkə yemək verərsəm həmin şəxs çıxıb, gedər. Bu baxımdan yemək yeməyi təklif etsəm də, Namiq bundan imtina etdi. Namiq 5 saat müddətində mənim mənzilimdə qaldı və polisə şikayət etməyəcəyimə inandırdığım üçün getməyə razılıq verdi. O, mənə Nardaranda yaşadığını, evlərinə getməsi üçün üzərində pul olmadığını bildirdi. Sonra Namiq məndən pulumun olub-olmamasını soruşdu. 5 manat pulumun olduğunu dedim. Amma həmin şəxs taksi ilə yaşadığı evə getməsi üçün ona 5 manat deyil, 7 manat pul lazım olduğunu dedikdən sonra yaxınlıqda olan çantamdan 7 manat pul götürüb Namiqə verdim, bundan sonra Namiq evdən çıxmağa başladı, mən də mənzilimə içərisində zibil olan 2 sellofan torbanı Namiqə verərərk gedərkən atmasını xahiş etdim. Namiq həmin sellofanları götürüb çıxıb getdi. Sonradan qızım İrinaya zəng edərək başıma gələn hadisə barədə məlumat verdim. O da DİN-in “102” Xidmətinə zəng edərək məlumat verdi. Namiqlə barışmşam, ona qarşı heç bir tələbim yoxdur”.
Zərərçəkən qadının qızı ifadəsində bildirib ki, hadisə vaxtı Namiq anasına yumruqla zərbələr endirib və anasını görəndə onu tanıya bilməyib, gözlərinin altı qara olub, qolları kəsilibmiş.
Həmçinin ifadə verən Namiqin tanışı onun qeyri-sağlam həyat tərzi sürdüyünü bildirib.
Hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesinin yekununda təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, N.Bayramov daha əvvəl də məhkumluq həyatı yaşayıb.